Bu yerdə evlənən insanlar öləndən sonra basdırılmır

Day.Az представляет новость на азербайджанском языке

İndoneziyanın yaxınlığında yerləşən Bali ölkəsinin Trunyan kəndində çox maraqlı bi ənənə var. Burada insanlar öləndən sonra nə yandırılır, nə də dəfn edilir. Lakin bu ancaq evli insanlara aiddir. Subaylar isə öldükdən sonra dəfn edilir. "Evli ölülər" bambuk ağacından hazırlanan qəfəslərə qoyularaq meşəyə gətirilir. Burada açıq ərazidə uzun müddət saxlanılan cəsədlər skelete dönəndən sonra yerli əhali cəsəd qalıqlarını müqəddəs saydıqları ağacın altına gətirib burada saxlayırlar.

Day.Az Moderator.az-a istinadən xəbər verir ki, yerli əhali ölüləri müqəddəs saydıqları ağacın altına gətirməyəcəkləri təqdirdə hər hansı faciənin baş verəcəyinə inanırlar. Deyilənlərə görə, bu ərazidə uzun illər əvvəl vulkan püskürməsi baş verib. Təbii ki, vulkanın nə olduğunu bilməyən ibtidai şüurlu insanlar bunu göyün lənəti kimi qavrayıb. Elə o vaxtdan evli ikən dünyasını dəyişənləri bu cür "dəfn edirlər".  Əhali xoş qoxusu olan ağacların altında cəsədləri saxlamaqla qoxu problemini də həll etmiş olurlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.