Yaponiyada İSTİLƏR 610 nəfəri xəstəxanalıq etdi

17 июля 2017 17:07

Day.Az представляет новость на азербайджанском языке

Yaponiyada son günlər davam edən isti hava şəraiti səbəbindən 610 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, xəstəxanalara müraciət edənlərin əksəriyyətinə günvurma diaqnozu qoyulub.

37 dərəcədən artıq hərarət və daha çox sayda xəstəxanalara müraciət qeydə alınan ərazilər ölkənin Saitama (55 nəfər), Fukuoka (47 nəfər) və Osaka (40 nəfər) rayonları olub. Tokioda isə 29 nəfər isti havanın qurbanı olub.

Meteoroloqlar isti havanın ölkə ərazisində hələ davam edəcəyini bildiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.