Tovuzda 7 yaşlı qızı ilan vurdu

17 июля 2017 17:35

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda azyaşlını ilan sancıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı sol aşağı ətrafın ilan sancması xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 7 yaşlı qız həyətdə olan ot bağlamalarının üzərində oynayan zaman ilan onu sancıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.