Qurban Qurbanovu Tiflisdə gözləyən hadisə

17 июля 2017 17:36

Day.Az представляет новость на азербайджанском языке

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia" ilə Gürcüstanda keçiriləcək cavab oyunu Qurban Qurbanov üçün yubileylə əlamətdar olacaq.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bunu istənilən nəticə ilə gerçəkləşdirəcək.

Məsələ ondadı ki, 45 yaşlı mütəxəssis həm qələbə, həm heç-heçə, həm də məğlubiyyət sayında əlamətdar rəqəmin astanasındadı. Söhbət avrokuboklardakı məşqçilik karyerasından gedir.
 
45 yaşlı mütəxəssis qitə kuboklarında 67 oyuna baş məşqçi kimi çıxıb. Onun rəhbərlik etdiyi komandalar 29 dəfə qalib gəlib. Bu isə o deməkdir ki, "Qarabağ"ın "Samtrdia" üzərində qələbəsi sayca 30-cu olacaq.
 
Qurbanov avrokuboklarda 19 heç-heçə görübsə, eyni sayda da məğlubiyyət acısı yaşayıb. "Samtredia" ilə səfərdəki heç-heçə də, məğlubiyyət də 20-ci olacaq. Bir sözlə, hər üç halda məşqçi yubileyə şahid olacaq. Təbii ki, bunlardan biri sevindirici olacaqsa, biri də üzücü sayılacaq.
 
Əgər bir yubiley qaçılmazdısa, Qurbanovun üzləşə biləcəyi digər məqam futbolçulardan asılıdı. Çünki onun çalışdırdığı komandalar avrokuboklarda 79 qol vurub. Tiflisdə vurulacaq ilk qol 80-ci olacaq. Rəqibləri isə indiyədək cəmi 64 dəfə onun yetirmələrinin qapısından qol keçirib.
 
Qeyd edək ki, Qurbanov məşqçilik karyerası ərzində iki komanda - "Neftçi" və "Qarabağ"la avrokubok həyəcanı yaşayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.