İranda narkotik ticarətində ittiham edilmiş 10 yaşlı uşaq asıldı

Day.Az представляет новость на азербайджанском языке

İranın Belucistan vilayətinin iki şəhərində hakimiyyət dörd nəfəri qeyri-qanuni narkotik dövriyyəsində günahkar bilərək edam edib.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, asılaraq qətlə yetirilənlər arasında 10 yaşlı uşaq da var.

İttiham edilmiş şəxslər ötən cümə günü Zahedan həbsxanasında edam olunublar.

Edamdan sonra öldürülmüş şəxslərin cəsədləri 50 dərəcə istidə günəşin altında bütün gün ərzində həbsxananın ərazisində qalıb.

 

"Iran Human Rights" bildirir ki, son 12 gün ərzində İranda 56 edam cəzası gerçəkləşdirilib. Edam edilənlərdən 31 nəfəri narkotiklərlə bağlı cinayətlərdə ittiham olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.