Əntər 50 min sakini işıqsız qoydu

Day.Az представляет новость на азербайджанском языке

Zambiyada əntərin elektrik stansiyasında yüksək voltlu transformatoru oğurlaması nəticəsində Livinqston şəhərində və ölkənin Qərb vilayətinin bir hissəsində 50 min sakin işıqsız qalıb.

Day.Az Trend-ə istinadən bildirir ki, transformatorun məhz meymun tərəfindən oğurlanması stansiyanın əməkdaşı Henri Kapata iddia edib.

 

Sakinlərin işıqsız qalmasına səbəb olan əntərin sağ qaldığı bildirilir. H.Kapatanın sözlərinə görə, bu heyvanın ovucları elektrik keçirmir və buna görə də ona zərər dəyməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.