"Gecə 12-də camaatı düşürməyin nə yeri var” - Reyd zamanı gərgin anlar - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Gecə saatlarında magistral yollarda ağır yol nəqliyyat hadisələrinin sayının artması və həmin qəzaların iştirakçıları arasında sərnişin eləcə də yük daşıyan nəqliyyat vasitələrinin çoxluğu yol polisini hərəkətə keçirib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması, baş verə biləcək qəzaların qarşısını almaq üçün yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin gecə saatlarında hərəkətinə məcburi məhdudiyyətlər tətbiq olunub.

Görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının xidməti ərazisindəndir.

Yeni qaydanın tətbiqi yol üstündə olan sürücü və onların sərnişinləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Ancaq qəzaların qarşısının alınması baxımından məhdudiyyəti anlayışla qəbul edənlər də tapılıb.

Sərxan Qocayev - Sərnişin: "Yəni sürücülər sükan arxasında yuxulayırlar. Qəza baş verir. Belə mən dəstəkləyirəm".

Səfər Babayev - Sərnişin: "İşə gecikən var. Bir gün işdən qalanda çıxarırlar. Gecə saat 12-dən sonra camaatı burada düşürməyin nə yeri var. Problem sürücülərlədirsə, onlarlada həll etsinlər".

Qaydalara əsasən hərəkətdə olan nəqliyyat vasitələri nəzərdə tutulan yerlərdə park edilməklə sürücüyə istirahət verilir. Sözügedən məhdudiyyət beynəlxalq daşıma ilə məşğul olan sürücülərə şamil edilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.