Bakıda mənzildə meyit tapılıb

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-ci il təvəllüdlü Heydərov Səttar Qambay oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 17:28-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.