Toy üçün özəl gün: 17.07.2017 - bu gün bütün saraylarda toy var - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakıda il ərzində ən çox toy edilən gündür. Buna səbəb ayın tarixidir- 17.07.2017-ci il.

Milli.Az bildirir ki, bu gün Bakıdakı şadlıq saraylarının hamısı tutulub. İnsanlar bir neçə ay əvvəlcədən bu tarixi kirayələyib. Hətta bir məkan üçün çoxlu sayda müştəri müraciət edib.

Toy sahibi və ya toy təşkilatçıları bu gün qeyri-adi toy keçirəcəklərini əvvəlcədən şadlıq saraylarına bildiriblər. Elə saraylar da müştəri üçün bu günə özəl hədiyyələr edəcəklər.
Bu gün bazar ertəsi günüdür, adətən həftə arasında şadlıq saraylarında sifariş az olduğundan qiymət də ucuz olur. Şadlıq saraylarından bildirirlər ki, bu gün sifariş çox olsa da, qiymətləri həmişəki səviyyədə saxlayıblar. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.