Daha iki abituriyent 700 bal topladı - hər ikisi hüquqşünas olmaq istəyir - VİDEO

17 июля 2017 20:18

Day.Az представляет новость на азербайджанском языке

700 bal toplayararaq adlarını məktəblərinin tarixinə qızıl hərflərlə yazdırdılar. İki gənc ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayıb.

Milli.Az bildirir ki, Pərvin Əhmədova paytaxdakı 278 nömrəli məktəbdə təhsil alıb. Gənc qızın sözlərinə görə, daim bu zirvəyə çatmağı qarşısına hədəf qoyub və bu istiqamətdə addım atıb. Hədəfinə çatmaq üçün dayanmadan və əzmlə çalışıb və arzusuna nail olub.

Pərvinin sözlərinə görə, ilk imtahanda 657 bal toplasa da, bu balı 700-ə tamamlamaq üçün ikinci imtahana girib.

Pərvin deyir ki, bu, təkcə onun uğuru deyil. O, müəllimlərinin və valideynlərinin zəhmətini də yüksək qiymətləndirir.

Digər 700 bal toplayan gənc qız isə paytaxtdakı 111 nömrəli məktəbin məzunu İlhamə Hüseynovadır.

 

İlhamənin sözlərinə görə, o da bu nəticəni əldə etmək üçün daim çalışıb.

Hər iki qız təhsillərini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirmək istəyirlər. Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.

Qeyd edək ki, Pərvin Əhmədova Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015 və 2016-cı illərdə qızıl medal qazanıb. "Ədəbiyyat biliciləri" müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin, Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014 və 2015-ci illərdə I yerə layiq görülüb. "Parlaq zəka" intellektual oyununda 2016 və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.
İlhamə Hüseynova isə Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-ci ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. XI sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.