Bakıda dəhşətli qətl törədilib

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evinin qapısında bıçaqlanıb.Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər qapını döyərək onu küçəyə çağırıb. Həmin şəxs küçəyə çıxan Vasif Əhmədova ürək nahiyəsindən bıçaqla zərbə endirib.

30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən şəxsin görüntüləri yaxınlıqda olan zavodun kamerasına düşüb.

Mərhumun atasının dediyinə görə, qətli törədən şəxsi tanımırlar.

Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır.

Bakının Nizami rayonunda da iki bıçaqlanma hadisəsi baş verib. Hadisələrin birində Elməddin Fərəcov tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb. Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.

Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 26 yaşlı Elşən Səmədzadəyə bıçaqla xəsarət yetirilib. Onun da tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığı bildirilir. Hər 3 faktı ilə bağlı araşdırma aparılır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.