"Mançester Yunayted"də yeni müqavilə

17 июля 2017 20:56

Day.Az представляет новость на азербайджанском языке

"Mançester Yunayted"in argentinalı qapıçısı Serxio Romero "qırmızı şeytanlar"la müqaviləsini 2021-ci ilə kimi uzadıb.

Day.Az goal.az-a istinadən xəbər verir ki, Romero "Yunayted"də qaldığına görə xoşbəxt olduğunu deyib.

"Çox xoşbəxtəm. "Mançester Yunayted"ə qədəm qoyandan onun dünyada ən böyük klub olduğuna yəqinlik tapdım. Karyeramı burda davam etdirməyə şadam. Son mövsüm mənim üçün fantastik keçdi. Biz Avropa Liqasının qalibi olduq. Ümid edirəm ki, yeni mövsümdə də müsbət istiqamətdə işlməyə davam edərik. Joze Mourinyo əminliyimi artırıb. Bu, mənim çün çox mühümdür".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.