Xudatda velosipedçi avtomobilin altında qalıb

Day.Az представляет новость на азербайджанском языке

Xudat şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Dərgahi Mahir Musa oğlu idarə etdiyi "Mercedes" markalı, 99 DH 457 dövlət nömrə qeydiyyatlı avtomobillə Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən ölüb.

Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.