Zirəyə işləməyə gedən Ələt sakininin başına iş gəldi

Day.Az представляет новость на азербайджанском языке

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Zirə qəsəbəsində 1991-ci il təvəllüdlü Elşən Səmədzadə naməlum şəraitdə bıçaqlanıb.

Ələt qəsəbəsinin sakini olan Elşən Səmədzadə Zirədə işləməyə gedib. Axşam saatlarında işdən çıxan Elşən Səmədzadəyə tanımadığı şəxslər hücum edib.

Onlar Elşən Səmədzadədən pul verməsini tələb ediblər və sonra da onu bıçaqla vurublar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.