"Azərişıq"dan işdən çıxarıldığı deyilən rəislə bağlı AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке

"Azərişıq" ASC Cəlilabad Elektrik Şəbəkəsinin rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Day.Az xəbər verir ki, ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev report-a bildirib ki, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədov səhhəti ilə əlaqədər xəstəxanaya yerləşdirilib: "Aydın Məmmədov işdən çıxarılmayıb. Bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Şəbəkənin rəisi səhhətində baş verən problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və müalicə olunur. Təbii ki, rəis olmayanda onu kimsə əvəz etməlidir. Şəbəkədə rəis müavini, baş mühəndis və satış şöbəsinin rəisi var, Aydın Məmmədovu onlardan biri əvəz edir".

Qeyd edək ki, bir neçə gün öncə bəzi saytlarda A.Məmmədovun vətəndaşları təhqir etməsi barədə məlumat yayılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.