Asfalt zavodunda fəhlə faciəvi şəkildə öldü

Day.Az представляет новость на азербайджанском языке

Masallı rayonunun Yeddi Oymaq kəndində yerləşən asfalt zavodunda fəhlə iş zamanı ölüb.

Day.Az report-a istinadən xəbər verir ki, zavodda elektrik işləyən, Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Əfsər Hüseynov iş zamanı qəza keçirib və ağır bədən xəsarətləri alıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin

Lənkəran şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.