"MilliÖn" terminallarındakı ödəniş problemi ilə bağlı

Day.Az представляет новость на азербайджанском языке

---------
13:26

Day.Az bildirir ki, məsələ ilə bağlı baku.ws "MilliÖn"lə əlaqə saxlayıb. Bildirilib ki, ödəniş terminallarında ciddi problem olmayıb.

"Sadəcə ötən gün axşam saatlarında mobil operatorlardan birinin ödənişində müəyyən problemlər oldu və dərhal həll edildi. Bu barədə də bizə heç bir şikayət daxil olmayıb. Hazırda hər şey qaydasındadır", - deyə "MilliÖn"dən bildirilib.

X X X

Daha sonra şirkətdən Milli.Az-a bildiriblər ki, "MilliÖn" terminalında qaz kartına balans yükləməkdə problemlə qarşılaşan müştəri ilə də əlaqə saxlanılıb:

"Elçin bəy bildirdi ki, "MilliÖN" terminallarından şikayət etmir. O, 20 iyul 2017 tarixində "Azəriqaz" smart kartına bir neçə ödəniş terminallarında ödəniş etməyə çalışıb, lakin ödəniş etmək mümkün olmayıb.

Qeyd edək ki, smart kartın hesabında məbləğ olduqda və yaxud kartda çətinlik olduqda ödəniş etmək mümkün olmur. Müştəriyə kartının balansını yoxlaması tövsiyə olundu.

Müştəri "Azəriqaz" İstehsalat Birliyinə müraciət edib, ödənişin hansı səbəbdən keçirilmədiyini araşdıracaq".

---------
09:31

Dünən axşam saat 18.40 radələrindən etibarən Bakının Nərimanov, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Xəzər, Səbail, Suraxanı və Qaradağ rayonlarında "MilliÖn" milli ödəmə nöqtələrində, ödəniş terminallarında problemlər yaşanır.

Milli.Az bildirir ki, Bakı Metropoliteninin stansiyalarında, habelə ticarət obyektlərində quraşdırılmış "MilliÖn" terminallarında da kommunal xərclərlə bağlı ödənişlər etmək mümkün deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.