Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

Day.Az представляет новость на азербайджанском языке

---------
13:17

Bakıda piyadanın vurulması və ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib.

Day.Az virtualaz.org-a istinidən bildirir ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü ildə anadan olmuş Şəfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə yolu keçməyə çalışan piyada-1959-cu ildə anadan olmuş Musayev Elman Zaman oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, piyadanın ölümünə səbəb olan qəzanı törədən sürücüün saxlanıldığı haqda məlumat yoxdur.

Həmin Bəhmən Şəfiyevin adı bundan əvvəl Bakının "Kral" restoranında baş vermiş silahlı insidentdə çəkilib. Belə ki, ötən il Bakı Apellyasiya Məhkəməsində silahlı insident törətməkdə ittiham olunan Bakı şəhər sakini Sənan Dünyamalıyevin işi üzrə məhkəmə keçirilib. O, silahdan atəş açmaqda və xuliqanlıqda ittiham olunurdu. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 6 iyun, 2015-ci ildə ildə "Kral" şadlıq sarayının binasında baş verib. S.Dünyamalıyev özündə olan "Shurshill" markalı ov tüfəngindən atəş açıb, atəş nəticəsində şadlıq sarayının pəncərə şüşələri sınıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində "Neftçi" təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu "Kral" şadlıq sarayının qarşısına "razborka"ya çağırıb. Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.

Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından "Vinçester" tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə "Kral" şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.

---------
11:03

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.