Bodrumdakı güclü zəlzələdən sonra səmada qəribə görüntü

Day.Az представляет новость на азербайджанском языке

Egey dənizindəki zəlzələ sonrası bu gün səhərə doğru 4.30 radələrində Bodrumda bir qrup vətəndaş səmada parlaq işıq topasının şahidi olub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ulduzların sönük göründüyü bir məqamda parlaqlığı müşahidə edilən işıltı ara-sıra itib, yenidən gözə görünməyə başlayıb.

Mütəxəssislər bu işıltının zəlzələdən sonra yerdən sızan qazların səmaya qalxdıqca digər qazlarla qarşılıqlı təsirə girməsindən meydana gələ biləcəyini iddia ediblər. Sosial şəbəkə istifadəçiləri isə diqqət çəkən bu işıltının UNO olduğu qeyd ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Bodrumdakı güclü zəlzələdən sonra səmada qəribə görüntü