Minik avtomobili "Kamaz"la toqquşdu: ölən var

Day.Az представляет новость на азербайджанском языке

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Day.Az report-a istinadən xəbər verir ki, rayonun Şorsu kəndində minik avtomobili ilə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Göygöl sakini Məmmədov Famil Xamraz oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.