DİM imtahan keçirilən binadakı yanğınla bağlı məlumat yaydı

Day.Az представляет новость на азербайджанском языке

Dövlət İmtahan Mərkəzi Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanı ilə bağlı məlumat yayıb.

DİM-dən Milli.Az-a daxil olan məlumata görə, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gedib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub.

 

DİM Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırır ki, onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.