Sxadadze istefa verdi

Day.Az представляет новость на азербайджанском языке

Qazaxıstan "Kayrat"ının baş məşqçisi Kaxaber Sxadadze istefa verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, o, Avroliqanın 2-ci təsnifat mərhələsində "Skanderbeu" səddi keçə bilməyərək mübarizəni dayandırdıqları üçün bu qərarı  verib.

Qeyd edək ki, K.Sxadadze 2016-cı ildən "Kayrat"ı çalışdırırdı. Sxadadze 2009-2014-cü illərdə Bakı "İnter"ində də baş məşqçi işləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.