Təyyarə məcburi eniş etdi - Quşa görə

Day.Az представляет новость на азербайджанском языке

Penza-Soçi aviareysi ilə uçmalı olan sərnişin təyyarəsi Saratovda təcili eniş edib.

Day.Az Trend-ə istinadən bildirir ki, 82 sərnişinin olduğu təyyarənin enişinə səbəb quş olub.

 

Əlavə səs və mühərrikdə titrəmə müşahidə edən təyyarə ekipajı Saratov aeroportuna eniş etmək qərarını veriblər. Aeroportda məlum olub ki, sol mühərrikə quş çırpılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.