Masallıda VAZ aşıb, sürücü yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.
 
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
 
Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.