Bakıda sürücü nömrəyə müdaxilə etdiyi üçün cəzalandırılıb

Day.Az представляет новость на азербайджанском языке

Bakıda bir sürücünün avtomobilin dövlət qeydiyyat nişanına əlavə hərf yazdığı aşkarlanıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, 99 EX 551 dövlət nömrə nişanlı minik avtomobilinin nömrəsinə müdaxilə edərək, "S" hərfi əlavə edən sürücü Anar Şükürov saxlanılıb. Sürücü bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək onu standartdan kənar vəziyyətə gətirib.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun "Xəzər Xəbər"ə verdiyi məlumata görə, artıq sürücü müəyyənləşdirilərək avtomobili cərimə meydançasına salınıb.

"Xəzər Xəbər"in əldə etdiyi digər bir məlumata görə isə, sürücü iddia edir ki, onun bu müdaxilədən xəbəri yoxdur. Kimlərsə avtomobil duracaqda olan zaman belə bir xoşagəlməz zarafat edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.