Yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI

Day.Az представляет новость на азербайджанском языке

Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib.

Lent.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə keçiriləcək imtahanın tarixi də bəllidir.

"Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.