Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi - Banqladeşdə

Day.Az представляет новость на азербайджанском языке

Banqladeşdə "Benjamin Button" filmini xatırladan bir körpə dünyaya gəlib. Görənləri təəccübləndirən bu balaca körpə qocalma xəstəliyi ilə doğulub.
Day.Az publika.az-a istinadən xəbər verir ki, körpə filmdə Bred Pittin canlandırdığı dünyaya yaşlı bir insan olaraq gələn, sonradan isə cavanlaşan, körpələşən Benjamin Buttonun hekayəsinə bənzər.
Banqladeşin Magura şəhərində anadan olan balaca körpə qırış-qırış üzü, iri gözləri ilə görənlərin diqqətini çəkir. Balaca uşaq nadir halda rast gəlinən və erkən yaşlanma xəstəliyi kimi tanınan PROGERİA xəstəliyi İlə doğulub. Bu xəstəlik 4 milyon doğumda bir görünür.
Körpənin atası Bisvajit Patro isə oğlunun vəziyyətindən şikayətçi olmadıqlarını, sadəcə Allaha şükür etdiklərini deyib. Ailə onu da deyib ki, uşaqlarından xəbər tutanlar, haqqında eşidənlər onu yaxından görməyə can atırlar.
Qeyd edək ki, Progeria adlanan bu xəstəlik çox nadir halda rast gəlinən genetik pozğunluqdur. Tək bir genin anormal protein istehsal etməsindən irəli gəlir. Bu xəstəliklə doğulan körpələr adətən 13 yaşından çox yaşaya bilmirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.