Dünyanın ən sakitləşdirici musiqisi: Weightless

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə Səs Terapiya Akademiyası Healthysound insanlara ən rahatladıcı və sakitləşdirici təsir göstərən musiqilərin top 10-luğunu hazırlayıb.

Manchesterdən olan musiqi qrupu Marconi Union'un səkkiz dəqiqəlik "Weightless" mahnısı siyahıda birinci yer tutaraq, dünyanın ən sakitləşdirici mahnısı seçilib. Deyilənə görə, bu mahnı ürək və beyin dalğaları ilə ideal ritm tutaraq, masajdan və ya gəzintiyə çıxmaqdan daha rahatladıcı təsir göstərir. Lakin bu mahnının maşın sürərkən dinlənilməsini qəti məsləhət bilmirlər. Belə ki, rahatlaşdırıcı təsir ayıq-sayıqlığa mane ola bilər və nəticədə qəza törədə bilərsiniz.

Top 10-luğa daxil olan digər mahnılar:

Airstream - Electra
DJ Shah - Mellomaniac
Enya - Watermark
Coldplay - Strawberry Swing
Barcelona - Please Don't Go
All Saints - Pure Shores
Adele - Someone Like You
Mozart - Canzonetta Sull'aria
Cafe Del Mar - We Can Fly

pahoo.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.