Bakıda turistin həyatını xilas edən polis danışdı

Day.Az представляет новость на азербайджанском языке

Son günlər sosial şəbəkələrdə polis əməkdaşlarının yolda epilepsiya keçirərək yerə yıxılan bir turistin həyatını xilas etdiyi barədə görüntülər yayılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yolda huşunu itirən turistə polislər yardım edib, həyatını xilas ediblər.
Sosial şəbəkələrdə yayılan bu şəkillər bir neçə gün öncə Bakının Binəqədi rayonu, Azadlıq prospektində çəkilib. Yolda huşunu itirərək yerə yıxılan vətəndaşa kömək edən isə həmin rayonda xidmət edən polis serjantı Həmid Məmmədov olub.
Həmid Məmmədov bildirir ki, ilkin yardım üsulunu polislik kursundan öyrənib. Onunla bərabər xidmət edən digər əməkdaşlar da havanın isti keçməsi səbəbindən tez-tez insanların səhhətində problem yarandığını və bunu gördükləri anda köməklik göstərdiklərini bildirirlər.
Polislərin belə nümunəvi davranışları isə əsl Azərbaycan polisinə yaraşan haldır və cəmiyyətdə onlara qarşı sevgini daha da artırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.