Xırdalanda binada yanğın: sakinlər təxliyə edildi

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 69 m2 olan, təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.

Day.Az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.