"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı

Day.Az представляет новость на азербайджанском языке

"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: "24 il keçdi... Bu gün "Qarabağ" klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a bu yay "Legiya"dan keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.