Dünyanın ən qədim və prestijli təhsil ocaqları

Day.Az представляет новость на азербайджанском языке

Qəbul imtahanları davam edir. Bir neçə gündən sonra nəticələr elan ediləcək. Bəzi ailələr sevincə, bəziləri isə kədərə qərq olacaq.

"Ölkə.Az" bu gün oxucularına və xüsusən də abituriyentlərə dünyanın ən qədim və prestijli təhsil ocaqlarının siyahısını təqdim edir.

Ən qədim təhsil ocaqları:

1. Oksford universiteti, Böyük Britaniya

İngilisdilli ali məktəblər arasında ən qədimi Oksford universitetidir. İngiltərədə də bu təhsil ocağı ən qədim universitet sayılır. Amma bu təhsil ocağının nə zaman fəaliyyətə başladığı barədə rəsmi sənədlər qalmayıb. Amma məlumdur ki, 1096-cı ildə universitet artıq fəaliyyət göstərirdi. Bu gün 44 min tələbə Oksford universitetində təhsil alır.

2. Əl-Əzhər, Misir

Dünyanın ən qədim universitetidir. Qahirədə yerləşir. İlk dəfə 969-cu ildə fəaliyyətə başlayıb. Demək olar ki, Qahirə şəhəri ilə eyni anda peyda olub. Əl-Əzhər universitetinin ilk illərində dini nizam-intizama böyük diqqət ayrılırdı.

3. Salamanki universiteti, İspaniya

Salamanki dünyanın ən qədim universitetlərindən biri olmaqla yanaşı, İspaniyanın ən qədim təhsil ocağıdır. Avropanın təhsil müəssisələri arasında ilk dəfə Salamanki universitet adlandırılıb. İlk dəfə 1130-cu ildə məktəb kimi fəaliyyətə başlayıb. 90 il sonra isə məktəbə başqa dərəcə verilib. 1254-cü ildə isə bu ümumtəhsil məktəbi universitetə çevrilib. İlk dəfə ümumi kitabxanası olan ilk təhsil ocağıdır.

4. Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya

Rusiyanın ən məşhur ali təhsil ocağıdır. MDU nəinki Rusiyada, eyni zamanda ölkə sərhədlərindən kənarda da çox məşhurdur. Moskva Dövlət Universiteti XVIII əsrin ortalarında Lomonosov tərəfindən yaradılıb. Bu gün Rusiyanın ən qədim universiteti sayılır.

Dünyanın ən prestijli ali təhsil müəssisələri

1. Kaliforniya texnoloji institutu, ABŞ

Qısa adı Kaltexdir. NASA üçün baza rolunu oynayır. Dəqiq elmlər sahəsində Kaltex ABŞ-ın və dünyanın aparıcı universiteti sayılır. Bildirilir ki, bu universitetdə oxumaq çox çətindir. ABŞ-ın ilk peyki və bir neçə kosmik zondu bu ali təhsil müəssisəsində yığılıb.

2. Kembric universiteti, İngiltərə

Dünya universitetləri arasında nüfuzuna və prestijinə görə lider ali təhsil ocaqlarından biridir. Eyni zamanda ən qədim universitetlərdən də sayılır. İlk dəfə qapılarını tələbələrin üzünə 1209-cu ildə açıb. Kembric məzunları çox vaxt Nobel mükafatı laueratı olurlar.

3. Yels universiteti, ABŞ

Dünyanın ən prestijli universitetləri siyahısının üçüncü pilləsində Yels universitetidir. Ali təhsil ocağı 1832-ci ildə açılıb. Bu gün burada 11 min tələbə təhsil alır. Xarici tələbələrin qəbuluna məhdudiyyət olmadığı üçün digər universitetlərdən fərqlənir.

4. ABŞ-ın ən qədim, dünyanın ən prestijli universiteti-Harvard

Harvard universiteti 1636-cı ildə qurulub. ABŞ-ın bir sıra görkəmli siyasətçiləri məhz Harvard məzunları olub. Tələbələr böyük və zəngin kitabxanadan faydalanırlar. Bu kitabxana eyni zamanda dünyanın ən böyük kitabxanalarından sayılır. Ali təhsil ocağının rəsədxanası, muzeyi var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.