"Kurtlar Vadisi Vatan" filmi gəlir

Day.Az представляет новость на азербайджанском языке

Bir ildir yayımı dayandırılan "Kurtlar Vadisi" serialının yeni bölümləri hazırlanıb.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, "Pana Film" şirkəti "Kurtlar Vadisi Vatan" serialının artıq hazır olduğunu rəsmən bildirib. Şirkətin "Facebook" sosial şəbəkəsindəki səhifəsində artıq gələn həftə ilk video görüntülərin yayımlanacağı barədə anons verilib.

Bildirilir ki, "Kurtlar Vadisi Vatan" serialı ötən ilin 15 iyul tarixində Türkiyədə baş verən hərbi çevriliş cəhdindən bəhs edir. Fotolardan da göründüyü kimi filmə yeni obrazlar dəvət edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.