Ərdoğan müsəlmanlara müraciət etdi

Day.Az представляет новость на азербайджанском языке

Ak Parti-nin iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanlara müraciət ünvanlayıb.

Milli.Az xəbər verir ki, partiyanın TBMM-dəki Qrup İclasında danışan Ərdoğan "Buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm. İmkanı olan hər kəs, lütfən, Qüdsü Məscidi-Aksanı ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək etsinlər" , - deyib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə "Əl-Aksa" məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha 1-i yaralanıb. Bundan sonra İsrail hökuməti "Əl-Aksa" məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.  

Olaydan sonra Qüdsdə "Əl-Aksa" məscidinin girişində metal detektorlar qoyulmuşdu ki, İsrail Təhlükəsizlik Kabinetinin yeni qərarı ilə metal detektorlar qısa zamanda götürüləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.