​Yaqub Mahmudov: “Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir”

Day.Az представляет новость на азербайджанском языке

Day.Az Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun açıqlamasını təqdim edir:

"Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.

Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir.  Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir. Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil.  Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır. Arzu edirik ki, Rusiya sözü ilə əməli bir olan Prezident İlham Əliyevin siyasətini dəstəkləsin və Azərbaycanın ərazi məsələlərində təcavüzkar Ermənistanı müdafiə etməkdən əl çəksin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.