Ankarada ticarət mərkəzi yanır

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin paytaxtı Ankaranın mərkəzində ticarət mərkəzi yanır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, mərkəzdəki bütün işçilər və müştərilər təxliyə edilib.

Hazırda alovun qarşısını alımaq üçün iş aparıldığı deyilir. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedicilər cəlb edilib.

 

Hadisənin səbəbləri bilinmir. Məlumata görə, yanğında xəsarət alan yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.