Şəkidə yük maşını 10 ton ot bağlaması ilə birlikdə yandı

Day.Az представляет новость на азербайджанском языке

Gündüz saatalrında Şəkidə yanğın faktı qeydə alınıb.

Day.Az FHN-ə istinadən xəbər verir ki, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.