"Traktor Sazi"dən Azərbaycanla bağlı böyük jest

Day.Az представляет новость на азербайджанском языке

Cənubi Azərbaycanın "Traktor Sazi" klubu rəsmi səhifəsində Bakıdakı azarkeşin fotosunu paylaşıb. 

Day.Az baku.ws-yə istinadən xəbər verir ki, Cənubi Azərbaycan klubu yarım milyonluq rəsmi səhifəsində "Traktor" sevdası hər yerdə" yazıb. Səhifə Bakıda çəkilmiş bir qadın azarkeşin şəklini paylaşıb. 

Qısa müddət ərzində "Traktor Sazi" klubunun Bakıdakı azarkeşin fotosunu minlərlə izləyici bəyənib. 

Əlavə edək ki, sözügedən klub sosial şəbəkədə meydan dolu azarkeşlərin "Yaşasın Azərbaycan" deməsi videosunu da yayıb.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: