Ağstafada canavar qadına hücum etdi

Day.Az представляет новость на азербайджанском языке

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Korxəlfəli kəndində baş verib.

Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.
 
Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.
 
A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.