Şri-Lankada dəhşətli qızdırma: 300 ölü

Day.Az представляет новость на азербайджанском языке

Şri-Lankada denqe qızdırması qurbanlarının sayı 300-ü keçib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi bildirib.

Daha öncə ölkədə 68 min nəfərin bu dəhşətli qızdırma virusuna yoluxduğu, yoluxma hallarından 205 faktın ölümlə nəticələnməsi barədə xəbər verilmişdi.

Nümayəndənin sözlərinə görə, hazırda Beynəlxalq Qırmızı Xaçın əməkdaşları Qampaxa mahalında dezinfeksiya işləri aparırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.