Ac qarına zeytun yağı içməyin faydası

Day.Az представляет новость на азербайджанском языке

Hər səhər ac qarına iki yemək qaşığı zeytun yağı içmək xəstəliklərdən qoruyur. Təzyiqi aşağı salmağa və bağırsaq xərçənginin qarşısını almağa kömək edir, qocalmanı gecikdirir.

Day.Az deyerler.org-a istinadən bildirir ki, zeytun yağı zeytun ağacının meyvəsi olan zeytunun tumları ilə birlikdə sıxaraq heç bir kimyəvi proses keçmədən, əlavə maddə qatılmadan, təbii halı ilə əldə edilən, otaq temperaturunda maye kimi işlədilən, yaşılımtıl sarımtıl rəngdə bitki əsaslı maye yağdır.
 
Bədəndəki xolesterinin təxminən, 70 faizə qədəri orqanizm tərəfindən istehsal olunur. Yalnız 30 faizə qədərini yediyimiz qidalardan alırıq. Əgər qidalarla xolesterin qəbulu artarsa, bədən bir tarazlıq mexanizmi içində qaraciyərdən xolesterin istehsalını dayandırır.
 
Xolesterinin qaraciyərdən yüksək miqdarda istehsal edilməsi həm öd kisəsi daşlarının yaranmasına, həm də ürəyə gedən damarın sağlamlığının pozulmasına səbəb olur. Elə bu zaman zeytun yağı özünü göstərir və damara çökən pis xolesterinin təsirini azaldır, qandakı fərqli xolesterin növlərinin də tarazlanmasını təmin edir.
 
Hər səhər ac qarnına iki yemək qaşığı zeytun yağı içmək, pis xasiyyətli xolesterinin azalmasını təmin etməklə yanaşı, damar sağlamlığını qoruyan yaxşı xasiyyətli xolesterinin də artmasını təmin edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.