Qobustanda ev quşları kütləvi şəkildə tələf olur

Day.Az представляет новость на азербайджанском языке

Qobustanda bir ailənin təsərrüfatında ev quşları kütləvi şəkildə qırılır. Onlar bir neçə dəfə baytar həkimlərə müraciət etsələrdə məsləhət bilinən dərmanların heç birinin təsiri olmayıb. Həkimlər isə toyuqlarda qurd xəstəliyininn olduğunu, lakin müraciətin vaxtindan gec oldugunu bildirirlər. Bununla belə xəstəliyin tam təstiqlqnməsi üçün nümunələr laboratoriyaya göndərilib.

Bir həftə ərzində eyni təsərrüfatda 400-dən çox ev quşu tələf olub.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Qobustanın sündü kənd sakini Səxavət Məmmədov deyir ki,ev quşlarında halsızlıq,şişmə və iştahsızlıq kimi ilkin əlmətlər müşahidə olunub.Sonra xəstəlik bütün ev quşları arasında yayılıb və kütləvi şəkildə ölməyə başlayıblar.Təsərrüfat sahibi xəstə toyuqlardan bir neçəsini baytar həkimə göstərib.Onların məsləhət bildiyi dərmanlardan istifadə etsə də toyuq-cücə daha çox tələf olmaga başlayıb.
Növbəti müraciətdən sonra Baytar həkimlər toyuqlarda qurd xəstəliyinin oldugunu bildiriblər. Təsərrüfat sahibi yenidən dərmanlar alıb istifadə etsə də ölüm halının qarşısı alınmayıb.Ailə baytar həkimlərin səriştəsizliyindən şikayət edir.
Həkimlər isə toyuqlarda qurd xəstəliyininn olduğunu ,lakin müraciətin vaxtından gec oldugunu bildirirlər.Bununla belə xəstəliyin tam təstiqlqnməsi üçün nümunələr laboratoriyaya göndərilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.