Vatikanda sular kəsildi

Day.Az представляет новость на азербайджанском языке

Roma papası Fransisk Vatikan və "San Pietro" meydanında 100-ə yaxın bulağın suyunun kəsilməsi ilə bağlı göstəriş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, Romada son günlər yaşanan həddən artıq istilər və suya tələbatın artması papanın bu addımı atmasına səbəb olub.

Papa Roma əhalisini ondan örnək almağa və isti günlərdə sudan qənaətlə istifadəyə çağırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.