Sumqayıtda Metallurgiya kompleksi tikiləcək

Day.Az представляет новость на азербайджанском языке

"Baku Steel Company" və İtaliyanın "Danieli" şirkətləri arasında bağlanan müqaviyəyə əsasən, Sumqayıtda metallurgiya kompleksi tikiləcək.  Day.Az Fins.az-aistinadən xəbər verir ki, bu barədə  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib.

Bildirib ki, müqavilənin dəyəri 1,2 milyard avrodur. Müqaviləyə əsasən, Azərboru ASC-nin ərazisində 5 müəssisədən ibarət metallurgiya kompleksi tikiləcək.

Artıq tikintinin hazırlıq işlərinə başlanılıb. Bu müəssisələrdə 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. Cəmi investisiya qoyuluşu təqribən 2,3 milyard dollar olacaq.

Qeyd edək ki, kompleksdə istehsalı nəzərdə tutulan metallurgiya məhsulları  bu gün ölkəmizə xaricdən idxal olunur.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.