Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 18:30-da başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.