Qanında qlükoza az olan qadın bunu edir

Day.Az представляет новость на азербайджанском языке

Qanında qlükozanın miqdarı aşağı olan qadınlar ərləri ilə daha aqressiv davranırlar.

Day.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-ın Ohayo Universitetinin psixoloqu Bred Buşman bu qənaətini elm dünyası ilə bölüşüb. "Science" jurnalının yazdığına görə, Buşman və onun Kentukki və Şimali Karolina universitetlərindən olan məsləkdaşları 107 evli cütlük seçərək onlara qlukometrlər, gəlinciklər və sancaqlar veriblər. Sınaqdan keçirilənlərin qanlarında şəkərin miqdarı gündə iki dəfə ölçülüb. Nəticədə qanında qlükozanın miqdarı aşağı olan qadınların həyat yoldaşlarını simvolizə edən gəlinciklərə sancaq batırdığı müşahidə olunub. Bu və ya digər təcrübələr göstərir ki, qlükozanın qanda miqdarı 25 faizdən aşağı olduqda, qadın daha çox aqressiya göstərib. Buşman qeyd edib ki, qlükoza soyuqqanlılığı qoruyur və emosiyaları nəzarətdə saxlayır.
 
Digər alim Devid Benton da hesab edir ki, qlükozanın aşağı olması aqressiyanın səbəblərindən biridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.