Qazaxda ağır yol qəzası

Day.Az представляет новость на азербайджанском языке

Qazaxda ağır yol qəzası baş verib.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

"Opel" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü Samir Qasımov hadisə yerində dünyasını dəyişib.

Digər avtomobildə olan sürücü 23 yaşlı Elvin İsmayılov və sərnişin 25 yaşlı Elvin Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta ağır qiymətləndirilir. "Opel" sürücüsünün dediyinə görə hadisə ötmə əməliyyatı yerinə yetirərkən baş verib.

Elvin İsmayılov - "Opel"in sürücüsü: "Ötmək istəyirdi, gəlib məni vurdu. Çox sürətli idi. Ayağım qırılıb, bir də qolum".

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qazaxda ağır yol qəzası - FOTO