Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Həsənova Turanə İlham qızı xəsarət alıb.
 
T. Həsənova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.