Vladimir Putinin də içdiyi çay

Day.Az представляет новость на азербайджанском языке

Qədim zamanlardan çay süfrəmizin bəzəyi, yaraşığı olubdur. Çayın insan orqanizmi üçün əhəmiyyəti və xeyirli olması illərin sınağından çıxıb. Amma bütün çay növləri arasında yaşıl çayın özünəməxsus özəllikləri var.

Day.Az modern.az-a istinadən bildirir ki, təkcə ona görə yox ki, bu çaydan dövlət başçıları, o cümlədən Rusiya Federasiyasının prezidenti Vladimir Putun də istifadə edir. Bu çayın insan sağlamlığı üçün faydaları sözün əsl mənasında möcüzədir.  Bunlar hansılardır?

1. Arıqlamağa çalışan insanlar üçün yaşıl çay olduqca gözəl bir vasitədir. Belə ki, yaşıl çay maddələr mübadiləsini tənzimləyir, orqanizmdə yığılan piylərin parçalanmasına güclü təsir göstərir.

2. Yaşıl çay yorğunluğu aradan qaldırır, insana gümrahlıq gətirir, orqanizmi tonuslandırıcı xassəyə malikdir.

3. Şəkərli diabetdən əziyyət çəkənlər üçün yaşıl çaydan istifadə etmək məsləhətdir.

4. Yaşıl çay radiasiyaya qarşı mübarizədə insan üçün ən yaxşı yardımçıdır. Əgər siz yaşıl çaydan istifadə edərsinizsə özünüzü kompyuterinizdən gələn radiasiyadan qorumuş olarsınız.

5. Yaddaşın güclənməsi və zehnin daha yaxşı fəaliyyəti üçün yaşıl çay əhəmiyyətlidir.

6. Yaşıl çay qan təzyiqini normallaşdırır.

7. Xərçəng xəstəliklərinə qarşı profilaktika üçün yaşıl çay ən güçlü vasitələrdən biridir.

8. Yaşıl çay insanın əhvalına müsbət təsir göstərir.

9. Dərinizin sağlam və təravətli olmasını istəyirsinizsə yaşıl çaydan istifadə edin.

10. Ürək xəstəliklərindən uzaq olmaq üçün yaşıl çay için.

11. Yaşıl çayı acqarnına işmək məsləhət deyil. O mədənin selekli qişasını qşcıqlandıra bilər. Yeməkdən sonra içmək isə həzmi yaxşılaşdırır. Həmçinin mədə xorası olan insanlar yaşıl çaydan az ustifadə etməlidirlər. Yaşıl çay mədə turşusunu artırır.

12. Yaşıl çay orqanizmdə olan zərərli maddələrin xaric olunmasında mühüm rol oynayır.

13. Yaşıl çayın tərkibində olan C vitamini orqanizmin immunitetini gücləndirir, virus və infeksiyalara qarşı mübarizədə fəal iştirak edir.

14. Mütəmadi olaraq yaşıl çaydan istifadə etmək görmə qabiliyyətinə müsbət təsir göstərir.

15. Dişlərin kariesi üçün də yaşıl çay faydalıdır. Dəmlənmiş yaşıl çayı ilıq halda qarqara etsəniz xeyrini görəcəksiniz.

16. Yaşıl çay içərkən şəkərdən istifadə etmək məsləhət deyil. Daha yaxşısı limon və baldır.

17. Unutmayın ki, yaşıl çayı dəmləyən kimi içmək lazımdır. Çünki 30-40 dəqiqədən sonra onun bioloji tərkibi itir.

Bunları nəzərə alaraq siz də sağlamlığınızı yaşıl çayla qoruyun.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.