https://news.day.az/azerinews/919853.html Rəqsanə 30 ildən sonra qardaşını tapdı - VİDEO

Rəqsanə 30 ildən sonra qardaşını tapdı - VİDEO

Azərbaycanca, 31 июля 2017 17:08 (UTC +04:00) 1 488
Rəqsanə 30 ildən sonra qardaşını tapdı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Rəqsanə İsmayılova 30 ildən sonra qardaşını tapıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında deyib ki, qardaşı atasının ikinci evliliyindən dünyaya gəlib:

"Bir gün mənə mesaj gəldi ki, qardaşınam və şəklini atdı. 30 il qardaşımdan xəbərsiz olmuşam. Atam anamla boşanıb, Rusiyada evlənəndən sonra bir oğlu olub. Daha sonra oğlunun anasından ayrılıb. Onun yazdığı nömrəyə tez zəng vurdum. Eyni bizə oxşayır.

Bir vaxtlar mən atamı axtarırdım. Qardaşım mənə deyir ki, niyə atamızı axtarırsan? Axı o bizi illərlə axtarmayıb. Ondan heç nə görməmişik".

Rəqsanə qardaşının hazırda həbsxanada olduğunu söyləyib:

"Deyib ki, oradan çıxan kimi birbaşa bizi görməyə gələcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Rəqsanə 30 ildən sonra qardaşını tapdı
  • Rəqsanə 30 ildən sonra qardaşını tapdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости